Bacarığını kəşf et

Bacarıqlar Məktəbi proqramı məktəblilərə həyatda uğur qazanmaq üçün lazım olan bacarıqları öyrədir. Özünü inkişaf etdirmək, şəxsi və sosial bacarıqları artırmaq, liderlik xüsusiyyətlərini inkişaf etdirmək məqsədi daşıyır. 12 həftəlik interaktiv proqramda həftədə bir dəfə keçirilən görüşlərdə əyləncəli və faydalı fəaliyyətlər, oyunlar, qrup tapşırıqları və müzakirələr yer alır.

Sponsorlarımız

"Bacarıqlar məktəbi" nədir?

7, 8, 9 və 10-cu siniflərdə təhsil alan məktəblilərin yumşaq bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyan yeni təhsil layihəsidir.

Layihənin əsas məqsədi məktəblilərə ünsiyyət, komanda işi, liderlik, tənqidi düşüncə, problem həll etmə və digər yumşaq bacarıqları öyrətməkdir. Bu bacarıqlar məktəblilərin şəxsi və sosial inkişafını dəstəkləyəcək, gələcəkdə həyatlarında uğur qazanmaqlarına kömək edəcəkdir.

Layihə iki əsas istiqamətdən ibarətdir:

1. ToT (Təlimçilər üçün Təlim) proqramı vasitəsi ilə yumşaq bacarıqlar sahəsində təlimçi yetişdirmək

2. Məktəblərdə 12 moduldan ibarət yumşaq bacarıqlar proqramını təlimçilər vasitəsilə həyata keçirmək 

2025-2026-cı tədris ilində “Bacarıqlar Məktəbi” layihəsi bp və tərəfdaşların dəstəyi ilə pilot olaraq Bakının Qaradağ rayonunda yerləşən orta məktəblərində həyata keçiriləcək.

Niyə "Bacarıqlar Məktəbi"?

Əyləncəli və Praktiki Təlimlər

Həftədə bir dəfə keçirilən görüşlərdə oyunlar, qrup tapşırıqları və müzakirələr vasitəsilə bacarıqlar öyrədilir. Bu, təlimləri həm əyləncəli, həm də faydalı edir.

Liderlik Xüsusiyyətləri

Proqram liderlik xüsusiyyətlərini inkişaf etdirməyə yönəlib. Özünə güvənən, güclü fərdlər və gələcəyin liderlərini yetişdirmək üçün praktiki təlimlər təşkil edir.

Şəxsi İnkişaf

Bacarıqlar Məktəbi özünü inkişaf etdirmək üçün 12 həftəlik interaktiv proqram təklif edir. Həyatın müxtəlif sahələrində uğur qazanmaq üçün şəxsi və sosial bacarıqlarınızı artırır.

Təlimçilərimiz

Məzunlarımız

Motivasiya

Motivasiya necə qazanmaq olar?

Tərəfdaşlarımız