Təlimçilər üçün təlim
“Bacarıqlar Məktəbi” layihəsinin əsas istiqamətlərindən biri Təlimçilər üçün Təlim (ToT) proqramıdır. Bu proqramın məqsədi, gənc, motivasiyalı və yeniyetmələrlə işləməyə maraqlı şəxsləri məktəblilərə yönəlmiş yumşaq bacarıqlar (soft skills) sahəsində ixtisaslaşmış peşəkar təlimçilərə çevirməkdir.
ToT proqramı, xüsusilə təhsil, pedaqogika, psixologiya, sosial iş və gənclərlə iş sahəsində təhsil alan və ya bu istiqamətlərdə təcrübə və marağı olan şəxslər üçün nəzərdə tutulub. Proqram çərçivəsində iştirakçılar həm ümumi təlimçilik bacarıqlarını, həm də yeniyetmələrlə effektiv işləməyə dair nəzəri və praktiki biliklər əldə edirlər.
ToT proqramını bitirmiş namizədlər:
● Peşəkar təlimçilik bacarıqları qazanacaq,
● Yeniyetmələrlə işləmək üçün praktik biliklərə yiyələnəcək,
● Əldə olunan bacarıqları real təlim mühitində tətbiq edəcək,
● “Bacarıqlar Məktəbi” layihəsində təlimçi kimi fəaliyyət göstərəcək,
● Yeniyetmələr və gənclərin inkişafına töhfə vermək imkanını qazanacaqlar.
ToT proqramını uğurla tamamlayan şəxslər rəsmi sertifikatla təltif olunur və layihə çərçivəsində təlimçi kimi işə cəlb edilirlər. Bu proqram gənc mütəxəssislər üçün həm şəxsi inkişaf, həm də gələcək karyera baxımından unikal fürsətdir.
