Qətiyyən yox! Sessiyalar həftədə sadəcə bir dəfə keçirilir və dərs saatları ilə üst-üstə düşmür. Əksinə, bu proqram dərslərində daha uğurlu olmağına kömək edəcək.
Bəli! Proqramı uğurla tamamlayan hər bir iştirakçı sertifikat alacaq.
Burada öyrənəcəyin bacarıqlar – ünsiyyət, problem həll etmə, liderlik, təqdimat, özünü tanıma və digərləri – sənə həm məktəbdə, həm ali təhsildə, həm də gələcək iş həyatında böyük fayda verəcək.
Əlbəttə! Əgər onlar da 7-8-9-10-cu sinif şagirdidirlərsə, proqramda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.
Xeyr. Bu proqramda rəsmi qiymət verilmir. Məqsəd bacarıqlar qazanmaq, əylənmək və özünü inkişaf etdirməkdir.
Yox! Proqram həm öyrədici, həm də əyləncəlidir. Sessiyalar oyunlar, qrup işləri və maraqlı tapşırıqlarla keçiriləcək. Həm öyrənəcəksən, həm də əylənəcəksən!
Bacarıqlar məktəbi proqramı məktəbdə öyrənə bilməyəcəyin, amma həyatda çox lazım olacaq bacarıqları öyrətmək üçündür. Özünü daha yaxşı tanımaq, dostlarınla və müəllimlərinlə daha yaxşı ünsiyyət qurmaq, komandada işləmək, lider olmaq, streslə bacarmaq və gələcəyini planlamaq kimi faydalı mövzularla tanış olacaqsan.
