"Bacarıqlar Məktəbi" layihəsinin 1-ci yarımili yekunlaşdı

"Bacarıqlar Məktəbi" 7, 8, 9 və 10-cu siniflərdə təhsil alan məktəblilərin yumşaq bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyan yeni təhsil layihəsidir.

Layihənin əsas məqsədi məktəblilərə ünsiyyət, komanda işi, liderlik, tənqidi düşüncə, problem həll etmə və digər yumşaq bacarıqları öyrətməkdir. Bu bacarıqlar məktəblilərin şəxsi və sosial inkişafını dəstəkləyəcək, gələcəkdə həyatlarında uğur qazanmaqlarına kömək edir.

Layihə Qaradağ rayonunun üç qəsəbəsində yerləşən 5 məktəbi əhatə edib:

▪ Ümid qəsəbəsi: 294 saylı məktəb

▪ Lökbatan qəsəbəsi: 288 saylı məktəb

▪ Sahil qəsəbəsi: 228, 273 və 319 saylı məktəblər

Layihə üzrə məzuniyyət meyarları və sertifikatlaşdırma qaydaları aydın şəkildə müəyyən edilmiş və əvvəlcədən bütün iştirakçılar ətraflı şəkildə məlumatlandırılmışdır. Layihəyə 294 şagird müraciət etmiş, onlardan 146 nəfəri məzun olmuşdur. 

Şagirdlərdən 120 nəfəri müvəffəqiyyət, 26 nəfəri isə iştirak sertifikatı əldə etmişdir

Qeyd edək ki, 2025-2026-cı tədris ilində “Bacarıqlar Məktəbi” layihəsi Elm və Təhsil nazirliyinin təşkilati dəstəyi, bp və onun tərəfdaşlarının maliyyə dəstəyi ilə pilot olaraq Bakının Qaradağ rayonunda yerləşən orta məktəblərində həyata keçirilir.