Proqram, həftədə bir dəfə keçirilən və 1.5–2 saat davam edən sessiyalardan ibarətdir. Dərslərdən sonra təşkil olunur və məktəb və digər fəaliyyətlərlə toqquşmur. Bu, övladınızın asudə vaxtını səmərəli keçirməsi üçün gözəl fürsətdir.

Xeyr. 2025–2026-cı tədris ili üçün proqram bp şirkəti və tərəfdaşları tərəfindən maliyyə dəstəyi ilə həyata keçirilir və iştirakçılar üçün tamamilə pulsuzdur.

Sessiyalar məktəbdə və ya məktəbə yaxın ictimai, nəzarətli məkanlarda keçirilir. Təlimçilər və təşkilat komandası tərəfindən tam müşahidə və təhlükəsizlik təmin olunur. Valideynlərlə mütəmadi əlaqə saxlanılır.

Proqram xüsusi təlim keçmiş təlimçilər tərəfindən aparılır. Təlimçilər gənc müəllimlər və müəllim olmaq üçün təhsil alan universitet tələbələridir. Onlar uşaqlarla işləmək üzrə hazırlaşdırılıb və peşəkar şəkildə müşayiət olunurlar.

Proqramın məqsədi – yeniyetmələrin ünsiyyət, özünüifadə, liderlik, problem həll etmə, emosional zəka, komanda işi və digər yumşaq bacarıqlarını inkişaf etdirməkdir. Bu bacarıqlar uşaqların daha uğurlu, özünə inamlı və sosial cəhətdən güclü fərdlər kimi formalaşmasına kömək edir.

“Bacarıqlar Məktəbi” əlavə inkişaf proqramıdır. Məqsəd, məktəbdə öyrənilən bilikləri tamamlayaraq, şagirdlərin şəxsi və sosial bacarıqlarını gücləndirmək və onları gələcək üçün hazırlamaqdır.