"Bacarıqlar məktəbi" nədir?
7, 8, 9 və 10-cu siniflərdə təhsil alan məktəblilərin yumşaq bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyan yeni təhsil layihəsidir.
Layihənin əsas məqsədi məktəblilərə ünsiyyət, komanda işi, liderlik, tənqidi düşüncə, problem həll etmə və digər yumşaq bacarıqları öyrətməkdir. Bu bacarıqlar məktəblilərin şəxsi və sosial inkişafını dəstəkləyəcək, gələcəkdə həyatlarında uğur qazanmaqlarına kömək edir.
Layihə iki əsas istiqamətdən ibarətdir:
1. ToT (Təlimçilər üçün Təlim) proqramı vasitəsi ilə yumşaq bacarıqlar sahəsində təlimçi yetişdirmək
2. Məktəblərdə 10 moduldan ibarət yumşaq bacarıqlar proqramını təlimçilər vasitəsilə həyata keçirmək
2025-2026-cı tədris ilində “Bacarıqlar Məktəbi” layihəsi Elm və Təhsil nazirliyinin təşkilati dəstəyi, bp və onun tərəfdaşlarının maliyyə dəstəyi ilə pilot olaraq Bakının Qaradağ rayonunda yerləşən orta məktəblərində həyata keçirilir.
